О Нас

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə həyata keçirilən beynəlxalq standartlara uyğun genişmiqyaslı islahat tədbirləri sırasında iqtisadiyyatın şaxələndirilməsi və qeyri-neft sektorunun hərtərəfli inkişafının təmin olunması əsas prioritet istiqamətlərdən biri olmuşdur. Bu strateji iqtisadi inkişaf xəttinin reallaşdırılması yolunda atılan inamlı addımların nəticəsidir ki, bütün qeyri-neft sahələrinin, o cümlədən özəl sektorun yüksələn xətlə, dinamik inkişafına və bu amillərin xalqın həyat səviyyəsinə əhəmiyyətli dərəcədə müsbət təsirinə nail olunmuşdur.

Respublikada qeyri-neft və özəl sektorların inkişafına ölkə rəhbərliyi tərəfindən göstərilən xüsusi qayğı və diqqətin nəticəsi olaraq geniş istehsal sahələrini özündə birləşdirən “Accord İndustrial Company” MMC sənaye şirkətinin 2017-ci ildə təsis olunmasını stimullaşdırmışdır. Özəl sektorlara ən əsasıda sənaye sahəsinə daha çox fayda vermək məqsədi ilə “Accord İndustrial Company” MMC bir çox törəmə müəssisələr təsis etmişdir ki, bu müəssisələrin fəaliyyəti qeyri-neft və özəl sektorlarda sənaye məhsullarının daha keyfiyyətli istehsalına töhvə verməklə nəticələnməkdədir. Bu müəssisələrdən biri də 2009-cu ildən Xırdalan Metal Konstruksiya Zavodu olaraq fəaliyyət göstərmiş 2018-ci ildə “Accord İndustrial Company” MMC tərəfindən təsis edilmiş “Xırdalan Metal Konstruksiya” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

 Xırdalan şəhərində yerləşən “Xırdalan Metal Konstruksiya” MMC müasir Azərbaycan Respublikasının ən qabaqcıl metalkonstruksiya, metaltökmə, sahələrindən biri kimi ixtisaslaşıb. Dinamik inkişaf edən Şirkətimiz müasir dövrün tələbatına uyğun olaraq keyfiyyətli kadrların, yüksək ixtisaslı mühəndislərin seçilməsini və onların səmərəli yerləşdirilməsini təmin edir. Üzərimizə götürdüyümüz bütün layihələr zavodumuzda fəaliyyət göstərən mühəndislərin nəzarəti altında uğurla həyata  keçirilir. 

Zavodumuzda dünya standartlarına cavab verən, müasir dəqiq analizlər aparmaq imkanı yaradan, Finlandiya, Almaniya, ABŞ, Türkiyə kimi aparıcı ölkələrin istehsalı olan yüksək keyfiyyətli avadanlıqlarla təchiz olunmuş və sertifikatlaşdırılmış mərkəzi laboratoriya qurulmuşdur. Müəssisədə böyük abadlaşdırma işləri həyata keçirilmiş, bunun sayəsində zavod ərazisində ekoloji cəhətdən təmiz mikroklimatın yaradılmasına nail olunmuşdur.  “Xırdalan Metal Konstruksiya” MMC daxili və xarici bazara özünün təqdim etdiyi keyfiyyətli məhsullarıyla qürur duyur.

İstehsal

“Xırdalan Metal Konstruksiyaları” MMC Türkiyə, ABŞ və Almaniya istehsalı olan ən müasir avadanlıqlarla təchiz edilmişdir. Müəssisənin illik istehsal gücü 15 000 tondur. Burada sement zavodları və aqrar sektorun servis sahələri üçün müxtəlif metal konstruksiyalar, mülki tikinti işlərində, habelə, yol və körpü tikintisi sahələrində istifadə edilən dəmir-beton məmulatları üçün metal qəliblər, avtonəqliyyat vasitələri və müxtəlif növ texnikalar, qum-çınqıl karxanaları, beton və asfalt zavodları üçün metal ehtiyyat hissələri (roliklər, bunkerlər, ələklər və s.) aiddir. Müəssisə istehsal ilə bərabər, peşəkar lahiyələndirmə və montaj işlərini də həyata keçirməkdədir.

Məhsullar