Rəhbərlik

                                                                                 Həsənov Eyvaz Şəfi oğlu
                                                                       Akkord Steel  Construction Company MMC-nin direktoru

     Həsənov Eyvaz Şəfi oğlu 1962-ci ildə Qəbələ rayonunda anadan olmuşdur. 1983-cü ildə Yaroslav Politexnik İnstitunun Avtomexanika fakultəsinə daxil olmuş və 1989-cu ildə “Daxili Yanma Mühərrikləri” ixtisası üzrə institutu bitirmişdir. 1982-ci ildə Mingəçevir şəhərində yerləşən “Texniki-Rezin Məmulatları Zavodu”-na işə qəbul olaraq istehsalat direktoru vəzifəsinədək yüksəlmişdir. 2010-cu ildə Akkord Korporasiyasının daxilində fəaliyyət göstərən “Mingəçevir Maşınqayırma Zavodu”-nda sex rəisi kimi fəaliyyətə başlamışdır. 2016-cı ilin noyabr ayından Akkord Korporasiyasının törəmə şirkəti olan Akkord Steel  Construction Company MMC-nin direktoru təyin edilmişdir. Evlidir. 2 övladı var.
                                       
                                                                  
            

                                                                                       Yılmaz Ayhan Bilal oğlu
                                                                                     İstehsalat rəhbəri - Baş mühəndis

  Yılmaz Ayhan Bilal oğlu 1968-ci ildə Türkiyə Cumhuriyyəti Məsudiyyə-Ordu şəhərində anadan olmuşdur. 1990-cı ildə Hacettepe Universitetinin Zonquldak mühəndislik fakultəsinə daxil olmuş və 1994-cü ildə makina mühəndisliyi ixtisası üzrə universiteti bitirmişdir. 1995-ci ildə Kardemir Demir-Çelik fabrikində mühəndis kimi əmək fəaliyyətinə başlamış və qısa müddətdə baş mühəndis vəzifəsinə yüksəlmişdir. 1998-2006-cı  illərdə ETA Makina müəssisəsində istehsalat müdiri, 2006-2007-ci illərdə SC İndustri AŞ müəssisəsində layihə rəhbəri, 2007-2013-cü illərdə Meta Makina müəssisəsinin direktoru, 2013-2014-cü illərdə SC İndustri AŞ müəssisəsində layihə rəhbəri çalışmışdır. 2014-cü ilin avqust ayından etibarən Akkord Korporasiyasının törəmə şirkəti olan "Akkord Steel Construction Company" MMC-nin "Xırdalan Metal Konstruksiyalar Zavodu"-nun müdiri  vəzifəsinə təyin edilmişdir. Evlidir. 1 övladı var.