HGC Group MMC-nin sement zavodunun metal konstruksiya işləri

      Azərbaycanın ən böyük sement istehsal edən zavodlarından biri "HGC Group" MMC Qazax rayonunda yerləşən sement zavodunun tikintisi üçün “Xırdalan Metal Konstruksiya” MMC ilə müqavilə bağladı. Müqaviləyə əsasən zavodda paketləmə anbarı, ilkin qızdırıcı qurğu anbarı, böyük əhəng daşı anbarları, xammal dəyirmanları, sement dəyirmanları quraşdırıldı və digər metal konstruksiya işləri görüldü. Ümumilikdə 7400 tonluq metal konstruksiya işləri həyata keçirildi. “Xırdalan Metal Konstruksiya” MMC-nin tərkibində olan "Mingəçevir Maşınqayırma Zavodu" 200 nəfər işçi heyəti ilə bu layihənin öhdəsindən dəqiqliklə və məsuliyyətlə gəldi.
      Yüksək ixtisaslı mühəndis-konstruktorlarımız tərəfindən müvafiq kompüter proqramlarında layihənin 3D modeli və çertiyojları hazırlanaraq istehsal prosesinə başlandı. Xammal qumlama və boyama aparatından keçdikdən sonra lazımı işlərin görülməsi qaynaqla davam etdirildi, əsas detallar kəsmə aparatlarında – mişarda və plazmada kəsildi, verilmiş diametrə uyğun dəliklər "AFD Radial" burğulama dəzgahında açıldı və istehsal olunan məmulatların keyfiyyəti yoxlanılaraq istehsalat prosesi yekunlaşdı.
      Daha sonra layihənin bərpası üçün istehsal olunmuş materiallar yük maşınlarına yüklənərək zavoddan layihənin tikintisi üçün məlum edilmiş yerə aparıldı, müasir və çox funksiyalı texnikalarla (kranlar və s.) quraşdırma işi başladı.
       "HGC Group" MMC-nin Qazax rayonunda yerləşən sement zavodunun tikintisi 2014-cü ildə bitirilib.