Şəmkir Aqropark ərazisində tikilən “Logistika Mərkəzi”

Şəmkir Aqropark Kompleksinin nəzdində yer alacaq “Loqistika Mərkəzinin” tikintisi sürətlə davam etməkdədir. Əsası cənab Prezident İlham Əliyev tərəfindən qoyulan kompleksin metal konstruksiya işləri “Xırdalan Metal Konstruksiya” MMC tərəfindən hal hazırda görülməkdədir. Mərkəz 3 hissədən ibarət olacaq: Soyuducu Anbar, Çeşidləmə və Qablaşdırma Mərkəzi və İnzibati Bina.
         Quraşdırılacaq metal konstruksiyanın istehsalı “Xırdalan Metal Konstruksiya” MMC-nin zavodlarında yekunlaşıb. Hal-hazırda Şəmkir Aqropark ərazisində tikilən “Logistika Mərkəzi” layihəsinin yekunlaşdırılması üçün quraşdırma işləri gedir. 80% hissəsi artıq quraşdırılmışdır.