Bakı-Quba magistral avtomobil yolunda metalkonstruksiya tipli yerüstü piyada keçidi piyadaların istifadəsinə verildi

      Azərbaycan Respublikası Prezidentinin “2014-2016 – cı illərdə Bakı şəhərində və onun qəsəbələrinin sosial – iqtisadi inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında 17.01.2014 – cü il tarixli 232 № - li Sərəncamının icrası ilə əlaqədar “Azəravtoyol”ASC–nin sifarişinə əsasən M-1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 12+200-cü  kilometrində quraşdırılmış, uzunluğu 64.75 m, piyada hərəkət hissəsinin eni 4.0 metr, yer səthindən hündürlüyü 5.5 metr olan yerüstü piyada keçidinin metalkonstruksiyasının hazırlanması və quraşdırılması “Xırdalan Metal Konstruksiya” MMC-nin Xırdalan Metal Konstruksiyaları zavodu tərəfindən yerinə yetirilmiş və metalkonstruksiya tipli piyada keçidi 30.12.2016 tarixində piyadaların istifadəsinə verilmişdir.