Paslanmaz Metal

   “Xırdalan Metal Konstruksiya” MMC Azərbaycanda ilk dəfə paslanmaz materialdan  bayraq dirəklərinin və işıqlandırma dirəklərinin istehsalına başladı. Bundan başqa Azərbaycanda körpülərin üstünə ilk dəfə quraşdırılmış paslanmayan məhəccərlər də bizim adımızla bağlıdır.  
     Balaxanı Metal Məmulatlar Zavodu paslanmayan sürahilər, məhəccərlər, işıqlandırma dirəkləri, müxtəlif dayaqlar, tutacaqlar, memarlıq-dizayn elementləri, xüsusi aksessuarlar, çərçivələr və baryerlərin istehsalı üzrə ixtisaslaşıb.
     Burada istifadə olunan xammal – 114, 90, 76, 51, 38, 16 mm-lik paslanmayan borular Türkiyə Respublikasından və İtalyadan gətirilir, ABŞ istehsalı olan arqon qaynaq aparatları, cilalayıcı, dəlik açıcı və s. aparatlarla emal edilir.
     Müəssisədə 60-a yaxın ixtisaslı kadrlar – çilingərlər, cilalayıcılar, operatorlar çalışır. Həmin kadrların sayəsində bu gün Paslanmayan Materiallar Sexində istehsal olunan eyvan və pilləkən məhəccərləri, tutacaqlar, memarlıq-dizayn elementləri, xüsusi aksessuarlar xeyli sayda ev və ofis tikililərinin, müəssisə və şirkət binalarının yaraşığına çevrilib. Müvafiq işıqlandırma ilə həmin məhsulların bu tikililərə verdiyi gözəlliyi isə, sadəcə, seyr etmək lazımdır. Bu gözəlliyə Siz də sahib olmaq  istəyirsinizsə, edəcəyiniz sadə bir seçim var: bizi seçin və ən qısa zamanda arzularınızın yüksək zövqlə reallaşmış şəklinə tamaşa edin. Əsrarəngiz və paslanmaz bir gözəllik yaratmaq “Xırdalan Metal Konstruksiya” MMC olaraq məhz bizim işimizdir.