Standartlar

İnsan təbiətin bir hissəsi olub onunla sıx bağlıdır. Təbiət insanların yaşayış mühiti vəzifəsini görür, onun vəziyyəti cəmiyyətin rifah və inkişaf səviyyəsini təyin edir. Yaşayış mühiti canlı orqanizmləri əhatə edən təbiətin bir hissəsi olub onlarla bilavasitə qarşılıqlı əlaqədədir.        

İnsan həyatının və ətraf mühitin mühafizəsi, qorunub saxlanılması bizim gördüyümüz işlər zamanı diqqət etdiyimiz əsas sahələrdən biridir.     

“Xırdalan Metal Konstruksiya” MMC-nin tabeliyində fəaliyyət göstərən zavodlarda əməyin təhlükəsizliyi və sağlamlığın qorunub saxlanılması, ətraf mühitin mühafizəsi üçün yüksək səviyyədə və dünya standartlarına uyğun formada bütün qabaqcıl tədbirlər görülür.  

Bunun nətcəsidir ki, “Xırdalan Metal Konstruksiya” MMC müvafiq standartların tələblərinə uyğun SGS şirkəti tərəfindən Sertifikatlara layiq görülmüşdür.