Metal tökmə sahəsi
“Xırdalan Metal Konstruksiya” MMC-nin tərkibində 22 sot ərazidə tikilmiş 01 fevral 2015-ci ildən fəaliyyətə başlayan Metal tökmə sahəsi müasir standtartlara cavab verən avadanlıqlarla təmin edilib. Tökmə zavodunda 2 ədəd indeksion soba, 1 ədəd 5 tonluq və 1 ədəd 10 tonluq kran, titrəmə (sarsaq) avadanlığı, 1 ədəd mikser, 2 ədəd bunker (qum saxlamaq üçün), 1 ədəd qum soyutma avadanlığı, 1 ədəd toz tutma aparatı, tablama sobası və həmçinin müasir avadanlıqlara təchiz olunmuş laboratoriya fəaliyyət göstərir. Laboratoriyada fəaliyyət göstərən yüksək ixtisaslı kadrlar istehsal olunmuş malları yoxlamaq məqsədi ilə müasir standartlara cavab verən mikroskob, daşlayıcı aparat, brinel-möhkəmlik ölçmə cihazı, spektrometr oxford və s. avadanlıqlardan istifadə edirlər.
Digər bölmələr