BRAVO Supermarketin təchizat anbarı
990 tonluq ərzaq ambarlarının tikintisiylə bağlı “Lokbatan Distribution Centre/Structural Steel Works” layihəsinin başlanması üçün “Xırdalan Metal Konstruksiya” MMC ilə “North West” MMC-nin arasında 19.01.2016-cı il tarixində müqavilə bağlanıldı. “Xırdalan Metal Konstruksiya” MMC-nin layihəyə əsasən tərtib etdiyi iş planına görə günün 24 saatı üzrə 3 növbədə ümumilikdə 68 işçi heyyəti ilə layihənin yerinə yetirilməsi üçün metal konstruksiya işinə start verildi. Layihəyə "Xırdalan Metal Konstruksiyaları Zavodu"nda başlandı. Yüksək ixtisaslı mühəndis-konstruktorlarımız tərəfindən müvafiq kompüter proqramlarında layihənin 3D modeli və çertiyojları hazırlanaraq istehsal prosesinə başlandı. Xammal qumlama və boyama aparatından keçdikdən sonra lazımı işlərin görülməsi qaynaqla davam etdirildi, əsas detallar kəsmə aparatlarında – mişarda və plazmada kəsildi, verilmiş diametrə uyğun dəliklər "AFD Radial" burğulama dəzgahında açıldı və istehsal olunan məmulatların keyfiyyəti yoxlanılaraq istehsalat prosesi yekunlaşdı.
Daha sonra layihənin bərpası üçün istehsal olunmuş materiallar yük maşınlarına yüklənərək zavoddan layihənin tikintisi üçün məlum edilmiş yerə aparıldı, müasir və çox funksiyalı texnikalarla (kranlar və s.) quraşdırma işi başladı. Quraşdırma prosesi qaynaq və bağlantı vasitəsilə aparıldı. “North West” MMC ilə razlaşdırılmış vaxta əsasən bizə həvalə olunmuş layihə dəqiqliklə, məsuliyyətlə, uğurla 2016-cı ildə yerinə yetirildi və təhvil verildi.
Digər bölmələr