Yerüstü və yeraltı keçidlərin metal kontruksiya işləri
Son illər paytaxtda və regionlarda yol infrastrukturunun yaradılması ilə bağlı mühüm tədbirlər görülür. Çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunur, beynəlxalq standartlar səviyyəsində avtomobil yolları salınır. Bütün bu işlər “Azərbaycanda avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq görülür. Bu çərçivədə həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində “Xırdalan Metal Konstruksiya” MMC tərəfindən yol-nəqliyyat kompleksinin ayrı-ayrı qurğuları yüksək keyfiyyətlə tikilərək istismara verilir.
“Xırdalan Metal Konstruksiya” MMC tikib, quraşdırdığı yer üstü və yer altı keçidlər piyadaların yolun (və ya küçənin) digər tərəfinə təhlükəsiz keçməsini təmin etmək üçün yüksək səviyyəli metal kostruksiya işlərinin görülməsinə xüsusi diqqət ayırır. Tikib, quraşdırdığımız yeni yerüstü və yer altı piyada keçidləri ən müasir standartlara cavab verir.
Körpülərin və yerüstü keçidlərin quraşdırılmasında yüksək keyfiyyətli inşaat materiallarından, avadanlıqdan istifadə edilir, istər hündürlük, istərsə də uzunluq ölçüləri çox dəqiqliklə hesablanır. Bu da yoldan istifadə edən iri avtomobillərin rahat hərəkət etməsinə şərait yaradır. Keçidlərin metal konstruksiya hissələri yüksək ixtisaslı mütəxəssislərimiz tərəfindən quraşdırılır.
Tikib, quraşdırdığımız keçidlərə Nobel prospektində 4 ədəd yer üstü piyada keçidi, Bakı – Sumqayıt yolunun Abşeron rayonundan keçən hissəsində yeni quraşdırılmış yerüstü piyada keçidini nümunə gətirmək olar.
Bakı şəhəri üzrə Ziya Bünyadov prospekti, Azərbaycan Respublikası Təhsil Nazirliyinin 9 Saylı Bakı Peşə Litseyinin yanında yerləşən piyada keçidi də daxil olmaqla, avtomobil yolları üzərində ümumi 7 ədəd piyada keçidi tikilmişdir.
Zabrat şəhər şossesi istiqamətində olan Zabrat-2 dəmir yolu stansiyası üzərində yerləşən yerüstü piyada keçidinin tikintisi də daxil olmaqla, dəmir yolları üzərində 3 ədəd piyada keçidi tikilərək təhvil verilmişdir.
Bundan əlavə digər yeraltı, yerüstü keçidlərin və körpülərin salınması və quraşdırılmasında yaxından iştirak etmişik.
Bülbül prospekti ilə Fizuli küçəsinin kəsişməsində yeraltı piyada keçidinin paslanmaz materiallardan məhəccərlərinin, Xətai rayonunda tikilmiş bir neçə körpülərin məhəccərlərinin, Nobel Prospektindəki dəmir yolu körpüsünün məhəccərlərinin, Bakı-Quba yolunda 16 ədəd tikilmiş yol qovşaqlarının məhəccərlərinin və s. yeraltı, yerüstü keçidlərin və körpülərin müvafiq qurğularının quraşdırılıb istismara verilməsində böyük əməyimiz olub.
Yol-nəqliyyat sisteminin təkmilləşdirilməsi sosialyönümlü tədbirlər olmaqla yanaşı, ölkəmizin iqtisadi qüdrətinin də göstəricisidir. İndi ölkədə həyata keçirilən nəhəng infrastruktur layihələri belə bir reallığı da ortaya qoyur ki, son illərdə qazanılan nailiyyətlər Azərbaycanın potensialını tam üzə çıxarmaqla yanaşı, ölkəmizin gələcəyinə hesablanan addımların da düzgün istiqamətdə atıldığını təsdiqləyir. Dövlətimizin başçısının tapşırıqlarına əsasən, paytaxtın yol-nəqliyyat infrastrukturunun daha müasir səviyyəyə çatdırılması bizim əsas prioritetimizdir.
Digər bölmələr