Metal-konstruksiya sahəsi
Azərbaycan Respublikası, Abşeron rayonu, Xırdalan şəhəri.
Ərazi: 3.5 ha
2015-ci ildən fəaliyyətə başlayan Metal-konstruksiya sahəsi Türkiyə, ABŞ və Almaniya istehsalı olan ən müasir avadanlıqlarla təchiz edilmişdir. Müəssisənin illik istehsal gücü 15 000 tondur. Burada sement zavodları və aqrar sektorun servis sahələri üçün müxtəlif metal konstruksiyalar, mülki tikinti işlərində, habelə, yol və körpü tikintisi sahələrində istifadə edilən dəmir-beton məmulatları üçün metal qəliblər, avtonəqliyyat vasitələri və müxtəlif növ texnikalar, qum-çınqıl karxanaları, beton və asfalt zavodları üçün metal ehtiyyat hissələri (roliklər, bunkerlər, ələklər və s.) aiddir. Müəssisə istehsal ilə bərabər, peşəkar lahiyələndirmə və montaj işlərini də həyata keçirməkdədir.
Digər bölmələr