«Akkord» Korporasiyası Sulutəpə qəsəbəsində yerüstü piyada keçidinin quraşdırır
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqlara uyğun olaraq, avtomobil yollarının əhalinin sıx məskunlaşdığı yaşayış məntəqələrindən keçən hissələrində piyadaların rahat keçməsi və avtomobillərin maneəsiz hərəkət etmələrinin təmin edilməsində “Akkord Steel Construction Company” MMC və “Akkord Körpü Tunel Tikinti” MMC fəal iştirak edirlər.
Hal-hazırda, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Sulutəpə qəsəbəsi ərazisindən keçən 12.8 km hissəsində inşa edilən metal konstruksiya tipli yerüstü piyada keçidinin metal konstruksiya elementlərinin quraşdırılması işləri davam etdirilir.
Ümumi uzunluğu 40.5 m, piyada hərəkət hissəsinin eni 2.7 m, yer səthindən hündürlüyü 5.0 m təşkil edən yerüstü piyada keçidinın 56.0 ton ağırlığa malik metal konstruksiya hissələrinin hazırlanması və quraşdırılması “Akkord Steel Construction Company” MMC-nin Xırdalan Metal Konstruksiyaları Zavodu tərəfindən yerinə yetirilir.
Digər bölmələr