“Şəmkir Aqropark”ın ərazisində tikilən “Logistika Mərkəzi”nin metal konstruksiya işləri davam etdirilir.
“Şəmkir Aqropark”ın ərazisində tikilən “Logistika Mərkəzi”nin hündürlüyü 30.5m, 145.5x146.7=21345 m2 sahəni əhatə edən, ümumi çəkisi 2500 ton olan metal konstruksiyanın istehsalı və quraşdırılması hal-hazırda “Xırdalan Metal Konstruksiya” MMC-nin tərkibindəki 3 zavodun iştirakı ilə müvəffəqiyyətlə davam etdirilir, yaxın zamanda Mərkəzin istifadəyə verilməsi nəzərdə tutulur. Qeyd edək ki, “Logistika Mərkəzi” soyuducu və çeşidləmə anbarlarından ibarətdir. Mərkəzdə meyvə-tərəvəzləri saxlamaq üçün, 20,2 min ton uzunmüddətli, 2 min ton qısamüddətli soyuq kameralar mövcud olacaqdır.
Digər bölmələr