Rəhbərlik

Əliyev Fuad Sahil oğlu

“Xırdalan Metal Konstruksiya” MMC-nin direktoru

Əliyev Fuad Sahil oğlu 1964-cü ildə Lerik rayonunda anadan olmuşdur. 1982-ci ildə Azərbaycan Politexnik İnstitunun Maşınqayırmanın texnologiyası fakultəsinə daxil olmuş və 1989-cu ildə Metal kəsən dəzgahlar və alətlər ixtisası üzrə institutu bitirmişdir. Həmin ildən Bakı kondinsioneri zavoduna mühəndis-konstruktor kimi işə başlamış və Baş mühəndis vəzifəsinə kimi yüksəlmişdir.

2015-ci ildə Akkord Korporasiyasının daxilində fəaliyyət göstərən Daşınmaz Əmlak departamentində şöbə rəisi daha sonra isə Mülki tikinti departamentinin direktoru vəzifəsində çalışmışdır. 2018-ci ildən isə “Xırdalan Metal Konstruksiya” MMC-nin direktoru vəzifəsində çalışır. Evlidir. 2 övladı var.

                                       

Həsənov Rəşad Elşad oğlu

“Xırdalan Metal Konstruksiya” MMC-nin Direktor müavini

Həsənov Rəşad Elşad oğlu 1980-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1997-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Beynəlxalq İqtisadi münasibətlər fakultəsinə daxil olmuş və 2001-ci ildə Mühəndis iqtisadiyyatı və idarəetmə ixtisası üzrə universiteti bitirmişdir.

2001-2002-ci illərdə Türkiyə Ege Universitetində Dil-Bilik Akademik dərəcəsi almış daha sonra isə 2002- 2004-cü illərdə İstanbul Universitetində Beynəlxalq Əlaqəlar ixtisasında magistr dərəcəsi üzrə təhsilini davam etdirmişdir. 

2007-2010-cu illərdə Aqrar Kredit QSC-də Baş kredit mütəxəssisi, 2010-2017-ci illərdə Bahar Enerji şirkətində Maliyyə meneceri müavini və baş xəzinədar vəzifəsində, 2019-2021-ci illərdə RR Trading Company şirkətində direktor vəzifəsində işləmişdir. 2021-ci ildən “Xırdalan Metal Konstruksiya” MMC-nin direktor müavini vəzifəsində çalışır. Evlidir. 2 övladı var.

 

Yılmaz Ayhan Bilal oğlu

İstehsalat rəhbəri - Baş mühəndis

Yılmaz Ayhan Bilal oğlu 1968-ci ildə Türkiyə Cumhuriyyəti Məsudiyyə-Ordu şəhərində anadan olmuşdur. 1990-cı ildə Hacettepe Universitetinin Zonquldak mühəndislik fakultəsinə daxil olmuş və 1994-cü ildə makina mühəndisliyi ixtisası üzrə universiteti bitirmişdir.

1995-ci ildə Kardemir Demir-Çelik fabrikində mühəndis kimi əmək fəaliyyətinə başlamış və qısa müddətdə baş mühəndis vəzifəsinə yüksəlmişdir. 1998-2006-cı  illərdə ETA Makina müəssisəsində istehsalat müdiri, 2006-2007-ci illərdə SC İndustri AŞ müəssisəsində layihə rəhbəri, 2007-2013-cü illərdə Meta Makina müəssisəsinin direktoru, 2013-2014-cü illərdə SC İndustri AŞ müəssisəsində layihə rəhbəri çalışmışdır.

2014-cü ilin avqust ayından etibarən Akkord Korporasiyasının törəmə şirkəti olan “Xırdalan Metal Konstruksiya” MMC-nin "Xırdalan Metal Konstruksiyalar Zavodu"-nun müdiri  vəzifəsinə təyin edilmişdir. Evlidir. 1 övladı var.