Bakı-Şamaxı magistral avtomobil yolunda metalkonstruksiya tipli yerüstü piyada keçidinin quraşdırılması işi davam etdirilir
Piyadaların avtomobil yollarını rahat keçməsinin təmin edilməsi, piyada keçidlərində qəzalı halların aradan qaldırılması və avtonəqliyyat vasitələrinə təhlükəsiz və maneəsiz hərəkəti şəraitinin yaradılması məqsədi ilə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin verdiyi tapşırıqların icra edilməsi üçün “Azəravtoyol” ASC tərəfindən kompleks tədbirlər görülür. Bu tədbirlər çərçivəsində inşa edilən metalkonstruksiya tipli yerüstü piyada keçidlərinin hazırlanmasında və quraşdırılmasında Akkord Korporasiyasının təsisçisi olduğu “Xırdalan Metal Konstruksiya” MMC-də fəal iştirak edir.
Bakı-Şamaxı avtomobil yolunun 13+290 kilometrində, Müşviqabad qəsəbəsinin ərazisindən keçən hissəsində inşa edilən yerüstü piyada keçidinin metalkonstruksiya hissələri Xırdalan Metal Konstruksiyaları zavodunda hazırlanaraq uzunluğu 38.70 m, piyada hərəkət hissəsinin eni 4.4 metr, yer səthindən hündürlüyü 5.5 metr olan yerüstü piyada keçidinin quraşdırılmasına 12.12.2016-cı il tarixində başlanılmışdır. Yaxın zamanda yerüstü piyada keçidi piyadaların istifadəsinə veriləcək.
Digər bölmələr